[b]“Onların zənginə cavab vermərəm”[/b]
28.11.2017 - 16:52
[b]“Onların zənginə cavab vermərəm”[/b]

“İnter”in hücumçusu Mauro İkardi gələcək karyerası ilə bağlı qısa fikir bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Real”ın maraq dairəsində olan 24 yaşlı forvard “kral klubu”ndan təklif almadığını deyib.

 

Argentina millisinin üzvü Madridə köçmək arzusunda olmadığını da gizlətməyib: “Real”ın zənginə cavab vermərəm. Hər dəfə meydandakı oyunuma köklənirəm. Bu məsələlərlə maraqlanan başqa insanlar var”.

 

“İnter”in baş məşqçisi Luçano Spalleti də yetirməsinin komandada qalacağını bildirib: “Hər gün onunla birlikdə çalışıram. Mauronun burda xoşbəxt olduğunu görürəm. Azarkeşlər də onu sevirlər. Burda qalacağına əminəm”.

 

Qeyd edə ki, “İnter”lə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Mauro İkardi bu mövsüm A seriyasında keçirdiyi 14 oyunda 15 qola imza atıb.