[b]“Partizan”ın kapitanı: ...hər şey qiyamla nəticələndi[/b]
15.08.2014 - 16:32
[b]“Partizan”ın kapitanı: ...hər şey qiyamla nəticələndi[/b]

“Çox təəssüflənirik ki, hər şey qiyamla nəticələndi. Biz heç kimdən reklam və kömək üçün xahiş etməmişdik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç deyib.

 

Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə üz-üzə gələcək Belqrad təmsilçisinin yarımmüdafiəçisi komandada yaranan böhrandan danışıb: “Bu xəbərlərin mətbuata necə sızmasını bilmirəm. Məşqlərin dayandırılması ən son hədd idi. Çox yaxşı başa düşürük ki, yolumuza davam etmək üçün indidən müəyyən addımlar atmalıyıq”.

 

İliç “Neftçi” ilə qarşılaşmaların komandanın durumuna aydınlıq gətirəcəyini bildirib: “Son aylarda biz çətin vəziyyətdə olsaq da, bir sıra vacib oyunlar keçirdik. Qarşıda biz “Niş” və “Neftçi” ilə oyunlar gözləyir. Bu görüşlərin komandamız üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini yaxşı dərk edirik. Həmin oyunlar həm klub, həm azarkeşlər, həm də futbolçular üçün vacibdi. Çünki həmin matçlarda komandamızın yola davam edib-etməyəcəyinə əmin olacağıq. Durumumuzun nə vəziyyətdə olacağı “Neftçi” ilə Avroliqa oyunundan sonra aydınlaşacaq”.