[b]“Petrolul”a keçidim alınmadı, Azərbaycana gəldim”[/b]
22.09.2015 - 11:54
[b]“Petrolul”a keçidim alınmadı, Azərbaycana gəldim”[/b]

“Azərbaycan çempionatı maraqlıdı. Rumıniya çempionatı ilə arasında elə də böyük fərq yoxdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilya deyib.

 

Bu mövsümdən Azərbaycan çempionatında iştirak edən 25 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibə verib.

 

 “Zirə”yə keçidindən də danışan Bonilya Azərbaycanda özünü yaxşı hiss etdiyini bildirib: “Mən Azərbaycana müxtəlif səbəblərdən gedəsi oldum. Əsas odu ki, burda özümü xoşbəxt hiss edirəm. Təklif gəldi və “Zirə” komandasına keçdim. Azərbaycan çempionatı inkişaf etməkdədi. Əmin olun ki, Azərbaycan Premyer Liqası Salvador çempionatından güclüdü. Azərbaycan futbolunda əla infrastruktur var. Bu mənim üçün bir çağırışdı. Təcrübəmin hesabına Azərbaycan çempionatında özümü yaxşı tərəfdən göstərməliyəm. Yeni klubumda mənə yaxşı münasibət göstərirlər. Klub rəhbərliyinin və məşqçilərin inamını doğrultmalıyam”.

 

Salvador yığmasının üzvü bildirib ki, “Zirə”yə keçidindən öncə “Petrolul” onu transfer etməyə yaxın olub: “Rumıniyada futbolun təşkili yüksək səviyyədədi. Amma Azərbaycanda oynamaq daha yaxşıdı. Burda meydançaların əksəriyyəti süni örtüklüdü. Yayda mənim bir neçə seçim imkanım var idi. Ancaq qəbul etmirdim, çünki Rumıniyanın “Vitorul” komandasında çıxış edirdim. Həmin vaxt “Petrolul”a keçidim gündəmdə idi. Onlar mənə görə “Vitorul”a pul ödəməli oldular. Hətta “Petrolul” rəhbərliyi mənə bilet göndərdi, qayıtdım Rumıniyaya. Ancaq sonra problem yarandı və bu kluba keçidim alınmadı. Daha doğrusu, “Vitorul” rəhbərliyi transferin baş tutmasına imkan vermədi. Lakin sonra “Zirə” danışıqlara başladı və məni heyətinə qatmaq üçün əlindən gələni etdi. “Petrolul”a keçidim alınmadı, Azərbaycana gəldim”.