[b]“Prosineçkinin diqqətini cəlb etməyə çalışacam”[/b]
30.09.2017 - 15:03
[b]“Prosineçkinin diqqətini cəlb etməyə çalışacam”[/b]

“Nənəmin və onun anasının Azərbaycanla bağlılığı var. Bernhard Lippert bu ölkənin U-21 yığmasını çalışdıranda mənimlə əlaqə saxladı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri millimizin sabiq futbolçusu Tuğrul Erat deyib.

 

Almaniyanın “Duysburq” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi bu ölkənin mətbuatına açıqlama verib.

 

Robert Prosineçkinin gəlişindən sonra Azərbaycan yığmasına çağırılmadığını deyən Erat yenidən millimizdə oynamaq arzusundadı: “Lippertlə danışdıqdan sonra U-21-də oynamağa razılaşdım. Həmin vaxt əsas yığmanın baş məşqçisi Berti Foqts idi. O, məni tez-tez milliyə çağırırdı. Amma Foqts Azərbaycan yığmasından getdikdən sonra dəvət gəlmədi. Buna baxmayaraq, Robert Prosineçkinin diqqətini cəlb etməyə çalışacam”.

 

Qeyd edək ki, Azərbaycan millisində 2014-cü ildə debüt etmiş Tuğrul Erat yığmamızda 3 oyun keçirib. 

0