[b]“Prosineçkinin hücum futbolu oynadacağına ümidliyəm”[/b]
04.12.2014 - 00:03
[b]“Prosineçkinin hücum futbolu oynadacağına ümidliyəm”[/b]

“Prosineçkiyə uğurlar arzulayıram. Azərbaycan millisinə yeni nəfəs, yeni ruh gətirəcəyinə inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında yığmamızın və “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov deyib.

 

26 yaşlı yarımmüdafiəçi Prosineçkinn hücum futboluna üstünlük verəcəyinə ümid edir: “Foqts daha çox müdafiə futbolu oynadırdı. Bu mənim də yaralı yerim idi. Çünki hücum futbolunu bəyənirəm. Açıq oyun xoşuma gəlir. Bu mənada, Prosineçkinin hücum taktikası seçəcəyinə ümidliyəm”.

 

Hüseynovun fikrincə, xorvatiyalı məşqçinin təcrübəsinin az olması ona problem yaratmayacaq: “Təcrübəsi az ola bilər. Amma bu, o demək deyil ki, etimadı doğrultmayacaq. Hər şeyi zaman göstərəcək. Prosineçki gəncdi, həvəslidi. Əslində, insan kimi gənc deyil. Ancaq məşqçi kimi onu gənc saymaq olar”.