Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə 3 qarşılaşma baş tutub.
Yığmamızın sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor” “Tuzlaspor”u səfərdə 1:3 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb.
“Gənclərbirliyi” doğma azarkeşləri önündə “Əskişəhərspor”u sınağa çəkib. Meydan sahibləri rəqibinə 3 cavabsız qolla qalib gəlib – 3:0.
Superliqa təmsilçiləri “Qalatasaray” evdə “Konyaspor”la üz-üzə gəlib. “Cim-Bom” qonaları darmadağın edib.
Beləliklə, Konya klubunu 4:1 hesabı ilə üstələyən “aslanlar” növbəti mərhələyə keçib.
Qeyd edək ki, “Manisaspor”, “Gənclərbirliyi” və “Qalatasaray”la yanaşı, 1/4 finalda “Sivasspor”, “Bursaspor”, “Mersin İdmanyurdu”, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” və “Fənərbaxça” da mübarizə aparacaq.
Türkiyə Kuboku
1/4 final
12 fevral
“Tuzlaspor” - “Manisaspor” - 1:3
Qollar: Alaəddinoğlu, 69 – Barış, 49, Subaşiç, 63, Yegin, 87
“Gənclərbirliyi” - “Əskişəhərspor” - 3:0
Qollar: Landel, 24, Stanku, 79, Petroviç, 82
“Qalatasaray” – “Konyaspor” - 4:1
Qollar: Burak, 10, Snayder, 16; 34, Olcan, 41 - Marika, 20