[b]“Qalatasaray” “İnter”in müdafiəçisini aldı[/b]
31.01.2018 - 14:02
[b]“Qalatasaray” “İnter”in müdafiəçisini aldı[/b]

“Qalatasaray” qış “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “İnter”in müdafiəçisi Yuto Naqatomo “cim-bom”la anlaşıb.

 

Artıq İstanbula gələn 32 yaşlı cinah oyunçusu bu gün yeni komandası ilə rəsmi müqaviləyə qol çəkəcək. Razılığa əsasən, Naqatomo “Qalatasaray”da icarə əsasında çıxış edəcək. Bu keçid “sarı-qırmızılılar”a 1 milyon avroya başa gəlib. Müqavilədə yer alan bəndə əsasən, “Qalatasaray” onu birdəfəlik transfer etmək istəsə, “İnter”ə 7 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Yaponiya yığmasının heyətində 101 oyun keçirən Yuto Naqatomo 2011-ci ildən bəri “İnter”in formasını geyinib.

0