[b]“Qalatasaray” “Porto” və “Atletiko”nun keçmiş hücumçusunu istəyir[/b]
31.03.2017 - 19:36
Cekson Martinez Avropaya dönmək istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
“Porto” və “Atletiko”dakı çıxışları ilə məşhurlaşan hücumçu mövsümün əvvəlində Çinə transfer olmuşdu. “Quançao Everqrand”da 10 oyuna çıxan kolumbiyalı hücumçu uzaq şərqdə özünü yaxşı hiss etmir.
Türkiyə mətbuatı isə onunla “Qalatasaray”ın maraqlandığını iddia edir. İstanbullular icarə variantı üzərində düşünürlər.
Qeyd edək ki, Martinezin Çin klubu ilə 2019-cu ilə kimi müqaviləsi var.
0
0