“Qalatasaray”ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, seneqallı yarımmüdafiəçi “Stok Siti” ilə anlaşıb.
Premyer Liqa təmsilçisinin hətta “Qalatasaray”la danışığı da müsbət nəticələnib. Anlaşmaya əsasən, 28 yaşlı orta sahə oyunçusunun keçidi “sarı-qırmızılılar”a 15 milyon funt-sterlinq qazandıracaq.
Yeganə problem futbolçunun ötən il Seneqal yığmasında tələb olunan sayda oyun keçirməməsidi. Belə ki, İngiltərədəki qanunlara əsasən, FİFA reytinqində 21-30-cu yerlərdə qərarlaşan ölkələrin oyunçuları il ərzində yığmanın minimum 60 faiz matçında iştirak etməlidi. Ndiayenin oyun sayı tələb olunan qədər olmadığından “Stok Siti” bu problemi yoluna qoymağa çalışır.
Qeyd edək ki, Bado Ndiaye “Qalatasaray”a ötən il “Osmanlıspor”dan keçib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"