[b]Hamza Hamzaoğlu “siftə”sini qələbə ilə başladı [/b]
04.12.2014 - 00:15
[b]Hamza Hamzaoğlu “siftə”sini qələbə ilə başladı [/b]

Türkiyə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 4 qrupda 6 qarşılaşma baş tutub.

 

Günün maraqlı oyunu “Türk Telekom Arena”da reallaşıb. Yeni baş məşqçisi Hamza Hamzaoğlu ilə ilk rəsmi matçına çıxan “Qalatasaray” “Əskişəhərspor”u qəbul edib. 6 qolun vurulduğu görüşdə “Cim-Bom” 4:2 hesabı ilə qələbə qazanıb.

 

“Rizəspor” “Adana Dəmirspor”a 2:1, “Karagömrük” “Samsunspor”a 1:0, “Altınordu” “Bayburt”a 1:0 hesabı ilə qalib gəlib.

 

 

Türkiyə kuboku

Qrup mərhələsi

03 dekabr

C qrupu

“Samsunspor” – “Karagömrük” – 0:1

 

E qrupu

“Altınordu” – “Bayburt” – 1:0

 

F qrupu

“Rizəspor” – “Adana Dəmirspor” – 2:1

 

G qrupu

“Diyarbakır Diski” – “Balcova Bld” – 2:2

“Qalatasaray” – “Əskişəhərspor” – 4:2