[b]“Qalatasaray” hücumçusuna qovuşdu[/b][b] - FOTO[/b]
28.06.2017 - 20:21
“Qalatasaray” uzun müddətdi transferini bitirməyə çalışdığı Bafetimi Qomisi nəhayət İstanbula gətirib. Apasport.az saytının məlumatına görə, seneqal əsilli fransalı futbolçu bu gün Türkiyənin paytaxtına gəlib.
Hava limanında oyunçunu böyük azarkeş kütləsi qarşılayıb. Hələlik klubdan transferin hansı məbləğə baş tutması haqqında rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, müqavilə ilə “Suonsi”yə məxsus olan Qomis son mövsümü icarə əsasında “Marsel”də keçirib. O, Fransa Liqa 1-də meydana çıxdığı 31 oyunda 20 qol vurub. Hücumçu Fransa millisində də 12 oyun keçirib.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0