[b]“Qalatasaray” yeni transfer hədəfini açıqladı[/b]
26.10.2017 - 10:55
[b]“Qalatasaray” yeni transfer hədəfini açıqladı[/b]

“Qalatasaray” rəhbərliyi qış transferi dövründə heyəti bir qədər də gücləndirmək niyyətindədi. Apapsort.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, “cim-bom” müdafiənin sol cinahına yeni oyunçu cəlb etməyi planlaşdırır.

 

Yayda “Karabükspor”dan transfer edilən İasmin Latovleviçi ona bəslənən ümidləri doğrultmadığından, rəhbərlik həmin mövqeyə “Yuventus”un üzvü Kvadvo Asamoanı transfer etmək arzusundadı. 28 yaşlı qanalı futbolçunun “qoca sinyora” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. “Yuve” Asamoanı qışda buraxmasa, “Qalatasaray” sözügedən futbolçunu yayda heyətinə havayı qata bilər.

 

İstanbul təmsilçisinin futbol direktoru Cenk Engün noyabrda İtaliyaya yollanacaq. Türklər bu keçidi maksimum 1,5 milyon avro qarşılığında həyata keçirmək arzusundadılar.  

 

“Yuventus”da əsas heyətə düşməkdə çətinlik çəkən Asamoanın da Türkiyəyə köçməyə razı olduğu bildirilir.