[b]“Qalatasaray”dan növbəti transfer[/b]
10.01.2016 - 01:43
“Qalatasaray” qış transfer pəncərəsində növbəti transferini edib. Apasport.az saytının “NTVSpor”a istinadən məlumatına görə, “aslan” Norveçin “Molde” klubunun oyunçusu Martin Linnes ilə anlaşıb.
Sağ cinah müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb. 24 yaşlı Linnesin bazar ertəsi günü İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, “cimbom” daha əvvəl “Kasımpaşa”dan Rayan Donkun keçidini həll etmişdi.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0