[b]“Qalatasaray”ın keçmiş qapıçısı intihara cəhd etdi[/b]
13.01.2016 - 20:03
“Qalatasaray”ın və Kolumbiya milli komandasının keçmiş qapıçısı Ali Farid Mondraqon intihara təşəbbüs edib. Apasport.az saytının xarici KİV-ə istinadən məlumatına görə, keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb.
Həyat yoldaşından ayrıldığı üçün yüksək dozada sakitləşdirici preparat qəbul edərək, həyatına qəsd edən kolumbiyalının vəziyyətinin yaxşı olduğu bildirilib.
“Le Equipe”in iddiasına görə, həyati təhlükəsi qalmayan qapıçı yerli klinikaların birinə yerləşdirilib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0