[b]“Qalib gələcəyimizə inanırdıq” – İran millisinin baş məşqçisi[/b]
19.09.2016 - 09:03
[b]“Qalib gələcəyimizə inanırdıq” – İran millisinin baş məşqçisi[/b]

“Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İran millisinin baş məşqçisi Seyed Nazemalsharieh deyib.

 

O, DÇ-2016-nın qrup mərhələsinin Azərbaycan millisi ilə görüşü (3:3) haqda fikirlərini açıqlayıb: “Qalib gələcəyimizə inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.

0