[b]“Qanun hamı üçün eynidir” – Vəli Qasımov[/b]
20.05.2016 - 21:51
[b]“Qanun hamı üçün eynidir” – Vəli Qasımov[/b]

“Qalib gəlmək istəyirdik. Xeyli qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Digər yandan, "Qarabağ"ın hesabda öndə olduğunu bildikdən sonra futbolçularımız arxayınlaşdılar. Hər halda, Avropa Liqasına çıxdığımız üçün, sevinirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqşsi Vəli Qasımov deyib.

 

Topaz Premyer Liqasının XXXVI turunda səfərdə “Sumqayıt”la qarşılaşan “ağ-qaralar” 1:2 hesabı ilə məğlub olsalar da, yekunda turnir cədvəlində Avrokuboklara vəsiqə verən mövqedə qərarlaşa bildilər.

 

Vəli Qasımov matç başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Final oyununa hansı sürpriz etmək istəyirsiniz?

- Sürprizimiz qələbə qazanmaqdır. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.

 

- Avropa Liqasına vəsiqə qazandığınızı dediniz. Amma hələ CAS "İnter"lə bağlı qərarını elan etməyib...

- UEFA-nın qərarından nə isə dəyişəcəyinə inanmıram. Təki "İnter"in xeyrinə olsun. Amma qanun hamı üçün eynidir. İnanmıram ki, nə isə dəyişsin.

 

- Avroliqaya "Neftçi" kimin rəhbərliyi altında yollanacaq?

- Bu il Avropa Liqasında mümkün qədər irəli getməyə çalışacağıq. Mən mövsümün sonunadək komandaya kömək edəcəyəm. Avroliqaya kimin rəhbərliyi altında gedəcəyimiz Müşahidə Şurasının qərarından asılı olacaq. 

0