[b]“Qarabağ” - “İnter”: Start heyətləri [/b]
11.12.2014 - 15:26
[b]“Qarabağ” - “İnter”: Start heyətləri  [/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “İnter” matçının start heyətləri məlum olub. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, komandalar meydana fərqli taktiki sxemlə çıxacaqlar.

 

Belə ki, Qurban Qurbanov 4-2-3-1 sisteminə üstünlük verəcək. Həmkarlarımızın fikrincə, çalışdırıcı çərçivədə və müdafiədə ciddi dəyişiklik etməyib. Qapını yenə İbrahim Şehiçə tapşıracaq Qurbanov müdafiənin sağ cinahını Maksim Medvedevə, sol cinahını Ansi Aqolliyə, mərkəzini Rəşad Sadıqovla Bədavi Hüseynov tandeminə etibar edəcək.

 

Onların önündə Namiq Yusifovla Qara Qarayev yer alacaq. Hücumda tək oynayacaq Vüqar Nadirova isə yarımmüdafiə xəttində Corc Leroy, Riçard Almeyda və Muarem Muarem dəstək verəcəklər.

 

“İnter”in təxmini heyətində qapını Xuan Pablo Karrizo qoruyacaq. Roberto Mançininin müdafiənin mərkəzində Marko Andreolli və Uqo Kampanyaroya yer verəcəyi ehtimal edilir. Sol cinahda Danilo D'Ambrosio, sağ cinahda isə İbrahima Mbayenin meydana çıxması planlaşdırılır.

 

Yarımmüdafiədə Rene Krhin, Yann M'Vila və Coel Obinin mübarizə aparacağı istisna olunmur. Mançininin hücum xəttində isə daha təcrübəli Pablo Osvaldo ilə yanaşı, Avropa Liqasında cəmi 1 oyuna çıxan Federiko Bonassoli və hələ heyətdə yer almayan Enirko Baldiniyə şans verəcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.