[b]“Qarabağ” - “Neftçi” matçının keçiriləcəyi stadion dəqiqləşdi[/b]
25.09.2015 - 15:32
[b]“Qarabağ” - “Neftçi” matçının keçiriləcəyi stadion dəqiqləşdi[/b]

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Qarabağ” - “Neftçi” görüşünün baş tutacağı məkan müəyyənləşib. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri “ağ-qaralar”ı yeni stadionları – “Azərsun-Arena”da qəbul edəcək.

 

Sentyabrın 26-na təsadüf edəcək qarşılaşma saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, bu, “Azərsun-Arena”da ilk matç olacaq. Suraxanıda yerləşən stadionun rəsmi açılış mərasimindən öncə qarşılaşmanın keçirilməsi isə sınaq xarakteri daşıyır və burada olan çatışmazlıqları görməyə hesablanıb.