[b]“Qarabağ” 10-a çatdı[/b]
28.10.2017 - 10:01
Ağdamın “Qarabağ” klubunun ev oyunlarındakı məğlubiyyətsizlik seriyası 10-a çatıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Premyer Liqanın X turunda “Səbail”i 1:0 hesabı ilə məğlub edib.
Bu, əyalət klubunun öz meydanında uduzmadığı ardıcıl 10-cu matç olub. “Qarabağ” son ev məğlubiyyətini bu il fevralın 28-də alıb. Həmin gün “İnter”ə 0:1 hesabı ilə uduzan ağdamlılar ötən mövsümün son 4, cari çempionatın ilk 6 ev qarşılaşmasından xalsız ayrılmayıb.
Bu 10 matçda “Qarabağ” 8 qələbə qazanıb və yalnız 2 heç-heçə edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0