[b]“Qarabağ” 100-ü yarıladı[/b]
28.09.2017 - 00:02
[b]“Qarabağ” 100-ü yarıladı[/b]

Pedro Enrikenin “Qarabağ” – “Roma” matçında vurduğu qol tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, bu top Ağdam klubunun tarixinə avrokuboklarda vurulan 50-ci ev qolu kimi düşüb.

 

Çempionlar Liqasının qrup mərhələsinin II turunda 1:2 hesabı ilə uduzan əyalət klubu bu görüşədək öz meydanında 49 dəfə fərqlənmişdi. 100-ü yarılayan “Qarabağ” avrokuboklardakı 50-ci ev qolunu 43-cü matçında vurub.

 

Komandanın öz meydanındakı məhsuldarlığı orta hesabla 1,16-ya bərabərdi.

 

Qeyd edək ki, evdə ən çox qol vuran üç komanda siyahısında “Qarabağ”la yanaşı “Nefrçi” (29) və “Qəbələ” (23) yer alıb.