“Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XXI turunun AZAL-la qarşılaşması haqda fikirlərini açıqlayıb.
Qurbanov 1:0 hesabı ilə məğlub etdikləri rəqib haqda yüksək fikirdə olduğunu bildirib: “AZAL çox döyüşkən komandadı və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”.