[b]“Qarabağ” 25, “Monako” 70 [/b]
20.10.2015 - 16:18
[b]“Qarabağ” 25, “Monako” 70 [/b]

Avropa Liqasının qrup mərhələsinin III turunun “Monako” – “Qarabağ” oyununda qalib gələn komanda yubiley qələbəsini bayram edəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 22-də Fransa təmsilçisinin qonağı olacaq Qurban Qurbanovun yetirmələri avrokuboklarda 25-ci qələbəsini qazana bilər.

 

Qitə miqyaslı turnirlərdə ən çox qələbə əldə edən Azərbaycan klubu olan Ağdam təmsilçisi indiyədək 62 oyunda 24 dəfə qalib gəlib. Çempionlar Liqasında 4, Avropa Liqasında 19 dəfə azarkeşlərini sevindirən “Qarabağ” İntertoto kubokunda 1 belə uğur əldə edib.

 

İndiyədək 161 matça çıxan “Knyazlıq klubu”nun hesabında 69 qələbə var. Bunların 35-ni Çempionlar Liqası, 8-ni Kuboklar kuboku, 26-nı Avropa Liqasında əldə edən “Monako” Azərbaycan çempionunu yenərsə, 70-ci dəfə avrokubok qələbəsi qazanacaq.   

 

Qeyd edək ki, Lui II stadionunda baş tutacaq qarşılaşma “Qarabağ”ın futbolçusu Qara Qarayevin qitə miqyaslı turnirlərdə 35-ci oyunu olacaq.