Avropa Liqasının qrup mərhələsinin son turu “Qarabağ” və baş məşqçisi üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov Ağdam təmsilçisini 40-cı avrokubok matçına çıxaracaq.
2008-ci ilin yayından komandanı çalışdıran 42 yaşlı mütəxəssis bu gün İtaliya “İnter”i ilə Bakıdakı qarşılaşmayadək yetirmələrini 39 qitə miqyaslı matça çıxarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 35 oyununda “Qarabağ”ın “sükanı arxasında” olan mütəxəssisin hesabında təsnifat mərhələlərinin 34, əsas raundun 5 qarşılaşması var.
Yetirmələri bu yubileyə daha iki yubiley qata bilər. Belə ki, qazanılacaq qələbə Qurbanovlu “Qarabağ”ın 20-ci uğuru olacaq. Azərbaycan çempionu 2 qol vursa, mütəxəssis Avropada 50-ci dəfə rəqib qapısına yol tapılmasının sevincini indiki klubuyla yaşayacaq. Elə məğlubiyyət də yubiley xarakteri daşıyacaq. İndiyədək qitədə 9 dəfə “Qarabağ”ı yenilmiş görən Qurbanov 10-cu məğlubiyyəti növbəti mərhələyədək təxirə salınmasını istəyir.
Qeyd edək ki, Qurbanov “Qarabağ”a qədər “Neftçi”ni də 2 avrokubok görüşünə çıxarıb.
Qurbanovlu “Qarabağ” avrokuboklarda
|
mövsüm |
turnir |
O |
Q |
H |
M |
T/F |
X |
|
2009/10 |
Avropa Liqası |
6 |
3 |
2 |
1 |
5-4 |
11 |
|
2010/11 |
Avropa Liqası |
8 |
4 |
2 |
2 |
12-11 |
14 |
|
2011/12 |
Avropa Liqası |
6 |
3 |
2 |
1 |
10-5 |
11 |
|
2013/14 |
Avropa Liqası |
8 |
5 |
1 |
2 |
10-7 |
16 |
|
2014/15 |
Çempionlar Liqası |
4 |
3 |
0 |
1 |
7-3 |
9 |
|
|
Avropa Liqası |
2 |
0 |
2 |
0 |
1-1 |
2 |
|
|
Avropa Liqası (əsas mərhələ) |
5 |
1 |
2 |
2 |
3-5 |
5 |
|
Cəmi |
|
39 |
19 |
11 |
9 |
48-36 |
68 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı