[b]“Qarabağ” – “İnter”: Qolsuz heç-heçə, yoxsa 1 qol?[/b]
10.12.2014 - 13:34
[b]“Qarabağ” – “İnter”: Qolsuz heç-heçə, yoxsa 1 qol?[/b]

“Qarabağ” müstəqillik dönəmində 5-ci dəfə dekabrın 11-də rəsmi oyun keçirəcək. Apasport.az saytının məlumatına görə, sabah Avropa Liqasının qrup mərhələsinin VI turunun matçına çıxacaq Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəllər də bu tarixdə qüvvəsini sınayıb.

 

İlk dəfə avrokubok görüşünü ilin sonuna 20 gün qalmış keçirən “Qarabağ” Azərbaycan çempionatının 4 qarşılaşmasına bu gündə çıxıb. Həmin oyunlar qol azlığı ilə diqqət çəkib.

 

Belə ki, dekabrın 11-də baş tutan 4 oyunda cəmi 2 qol vurulub. Matçların ikisi qolsuz başa çatıbsa, digər ikisinin taleyini 1 top həll edib.

 

1993-cü ildə “Xəzri”nin, 1996-cı ildə “Neftçi”nin qonağı olan “Qarabağ” bakılılarla oyunlarda bərabərliklə kifayətlənib – 0:0. 2005-ci ildə “MKT-Araz”la səfərdə görüşən ağdamlılar 0:1 hesabı ilə uduzub. 2010-cu ildə isə Qurbanovun yetirmələri səfərdə “Simurq” üzərində eyni hesabla qələbə qazanıb.

 

Ümumiyyətlə, dekabrın 11-dən qol səsi gəlmir. Çünki İtaliya “İnter”inin bu tarixdə keçirdiyi avrokubok matçlarında da “sıfırlar” qeydə alınıb.

 

1986-cı ildə Milan təmsilçisi öz meydanında Çexoslovakiya “Dukla”, 1985-ci ildə Polşada “Legiya”sı ilə görüşən italiyalılar 90 dəqiqədə qol görməyib. Lakin sonuncu matçın əlavə vaxtında “İnter” qələbə qolunu vura bilib.