[b]“Qarabağ” – “İnter” oyunu üçün 30 min 920 bilet[/b]
05.12.2014 - 11:17
Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın qrup mərhələsinin son turunda “İnter”ə qarşı keçirəcəyi matça maraq olduqca böyükdü. Apasport.az saytının məlumatına görə, bunu nəzərə alan klub rəhbərliyi 30 mindən çox bilet satışa çıxaracaq.
Klubdan aldığımız informasiyaya görə, dekabrın 8-dən etibarən dəqiq olaraq 30 min 920 bilet satışa çıxarılacaq. Biletlərin qiymətləri həmişəki kimi, 1 manatdan 10 manata qədər olacaq. VİP üçün biletlərə isə 50 manat qiymət qoyulacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0