[b]“Qarabağ” – “İnter” oyununun hakimləri açıqlandı[/b]
08.12.2014 - 16:32
[b]“Qarabağ” – “İnter” oyununun hakimləri açıqlandı[/b]

Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” (Azərbaycan) – “Inter” (İtaliya) matçını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 11-də Bakıda keçiriləcək qarşılaşmanı çexiyalı ədalət təmsilçiləri idarə edəcək.

 

Oyunun baş hakimi Miroslav Zelinka olacaq. Ona yan xətt hakimləri Andjey Pelikan və İrji Molaçek kömək edəcək. Qarşılaşmaya 4-cü hakim kimi Antonin Kordulin təyinat alıb.

 

Görüşün əlavə hakim köməkçiləri də çexiyalılardı. Bunlar Petr Ardeleanu və Yan Jilekdi.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

 

 

Mənbə: inter.it