[b]“Qarabağ” – “Seltik” matçı tarixə düşür[/b]
03.08.2015 - 09:37
[b]“Qarabağ” – “Seltik” matçı tarixə düşür[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Seltik” matçı yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Şotlandiya çempionu ilə qarşılaşma Azərbaycan klublarının qitənin ən nüfuzlu klub turnirində 50-ci oyunudu.

 

Bu yarışda çıxış edən ilk klubunuz “Neftçi”di. 1997/98 mövsümündə Çempionlar Liqasında debüt edən “ağ-qaralar” evdəki ilk görüşündə 0:2 hesabı ilə uduzub. Polşada 0:8 hesablı yenilgiyə üzülən bakılıların “siftə”si uğursuz alınıb.

 

Bunadək isə 1994/95, 1995/96 və 1996/97 mövsümlərində Azərbaycan çempionu UEFA kubokuna qatılıb. Həmin vaxt əsasnaməyə görə aşağı reytinqli ölkələr qitənin ən nüfuzlu klub turnirində təmsil olunmurdu.

 

“Neftçi”dən sonra “Kəpəz” də Çempionlar Liqasında debüt edib ki, gəncəlilər Makedoniya “Sloqa Yuqomaqnat”ı ilə qarşılaşmada bu turnirdəki ilk qələbəmizi əldə edib – 2:1. 1999-cu ilə təsadüf edən ilk qələbədən 1 il sonra mərhələ adlamaqda da “siftə” reallaşıb. Buna “Şəmkir” nail olub.

 

Ümumiyyətlə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi “Neftçi” 6, “Kəpəz”, “Şəmkir”, “İnter”, “Bakı”, “Qarabağ” hərəyə 2, “Xəzər Lənkəran” 1 dəfə təmsil edib. 7 ölkə çempionu indiyədək 49 matça çıxıb ki, bu oyunlarda 14 qələbə qazanıb, 12 heç-heçə edib və 23 dəfə uduzub. 44 qol vuran təmsilçilərimiz 73 top buraxıb.

 

Çempionlar Liqasında “Neftçi” 3, “Qarabağ” 2, “İnter”, “Bakı”, “Şəmkir” hərəyə 1 mərhələ adlayıb.

 

Azərbaycan klubları Çempionlar Liqasında

 

1

Neftçi

18

5

5

8

14-32

2

Qarabağ

7

4

1

2

8-4

3

Bakı

6

2

2

2

7-8

4

İnter

6

1

3

2

3-5

5

Şəmkir

6

1

0

5

6-11

6

Kəpəz

4

1

0

3

4-9

7

Xəzər Lənkəran

2

0

1

1

2-4

 

Azərbaycan çempionları mövsümlər üzrə

 

1997/98

Neftçi

2

0

0

2

0-10

1998/99

Kəpəz

2

0

0

2

2-7

1999/2000

Kəpəz

2

1

0

1

2-2

2000/01

Şəmkir

4

1

0

3

6-8

2001/02

Şəmkir

2

0

0

2

0-3

2004/05

Neftçi

4

1

1

2

2-4

2005/06

Neftçi

4

3

0

1

5-6

2006/07

Bakı

2

1

0

1

1-2

2007/08

Xəzər Lənkəran

2

0

1

1

2-4

2008/09

İnter

4

0

3

1

2-4

2009/10

Bakı

4

1

2

1

6-6

2010/11

İnter

2

1

0

1

1-1

2011/12

Neftçi

2

0

1

1

0-3

2012/13

Neftçi

4

1

2

1

7-8

2013/14

Neftçi

2

0

1

1

0-1

2014/15

Qarabağ

4

3

0

1

7-3

2015/16

Qarabağ

3

1

1

1

1-1