[b]“Qarabağ” “Dalğa Arena”da qol vursa...[/b]
15.09.2016 - 16:23
[b]“Qarabağ” “Dalğa Arena”da qol vursa...[/b]

Avropa Liqasının qrup mərhələsinin bu gün keçirilən I turunun “Qarabağ” – “Slovan” oyunu Azərbaycan çempionu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün ağdamlılar 1 qol vurmalıdı.

 

Belə ki, “Dalğa Arena”da vurulacaq ilk top “Qarabağ” üçün yubiley xarakteri daşıyacaq. Bu, Ağdam klubunun avrokuboklarda 70-ci topu olacaq.

 

“Qarabağ” indiyədək 72 oyun keçirdiyi qitə miqyaslı turnirlərdə 69 dəfə fərqlənib. 86 top buraxan əyalət təmsilçisi yubiley qolu üçün azarkeşlərini növbəti dəfə sevindirməlidi.

 

Qeyd edək ki, “Qarabağ”ın avrokuboklardakı orta məhsuldarlığı 0,958-di.