[b]“Qarabağ” “Dalğa Arena”nı seçdi[/b]
09.09.2015 - 12:08
[b]“Qarabağ” “Dalğa Arena”nı seçdi[/b]

Topaz Premyer Liqasında IV turun oyunlarının başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millilərin oyunu səbəbindən yaranan fasilə sentyabrın 12-də başa çatacaq.

 

2 günə bitəcək tura Gəncədə start veriləcək. Həmin gün paytaxtda da 2 qarşılaşma baş tutacaq. Mərkəzi görüşdə “Qarabağ” “Xəzər Lənkəran”ı özü üçün yeni – “Dalğa Arena”da qəbul edəcək.

 

IV tura “Rəvan” – “Neftçi” matçı ilə yekun vurulacaq.

 

 

12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AZAL
Gəncə şəhər stadionu

 

20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”

 

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
“Dalğa Arena”

 

13 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Zirə”
Kapital Bank Arena

 

21:00. “Rəvan” – “Neftçi”
“Bayıl Arena”