Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filipin danışıq apardığı Azərbaycan klubunun adı bəlli olub. Apasport.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını “Qarabağ”da davam etdirə bilər.
“Dinamo” rəhbərliyi hələ bir müddət öncə Filipi 400 min avroluq təzminat haqqı qarşılığında başqa kluba buraxmağa razı olduğunu açıqlamışdı. Buxarestlilər müdafiənin sol cinahında oynayan Filipin məvacibinin yüksək olmasından narazıdılar.
Azərbaycan, Türkiyə və İtaliyanın II liqasından təklif aldığı bildirilən futbolçunun ölkəmizə köçmək şansı daha yüksək dəyərləndirilir. "Qarabağ" azarkeşləri sosial şəbəkədə Filipə mesaj göndərərək, onun Ağdam klubu ilə müqavilə imzalamasını istəyiblər.
Qeyd edək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən bəri Rumıniya millisinin heyətində 7 oyun keçirib.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi