[b]“Qarabağ” “Napoli”dən öndə[/b]
05.03.2018 - 13:33
[b]“Qarabağ” “Napoli”dən öndə[/b]

UEFA reytinqinin ilk yarısında qərarlaşan ölkələrin çempionatında öz meydanında ən yaxşı çıxış edən klubların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, reytinqin birinci “27-liy”indəki ölkələrdən 3-də - Belarus, İsveç və Norveçdə yeni mövsüm hələ start götürməyib.

 

Reytinqdə 26-cı pillədə yer alan Azərbaycan çempionatının lideri “Qarabağ” doğma meydanda məğlubiyyət üzü görməyən 15 komandadan biridi. Keçirdiyi 10 qarşılaşmanın yalnız 2-də rəqibinin 1 xal qazanmasına imkan yaradan Qurban Qurbanovun yetirmələri bu mövsüm “Azərsun Arena”da 26 xal toplayıb. Bu isə orta hesabla hər matçda 2,6 xal deməkdi. Buna əsasən, “Qarabağ” Avropada öz meydanında ən güclü olanlar arasında 14-cü göstəriciyə malikdi.

 

10 qarşılaşmada 14 qola sevinən Azərbaycan çempionu cəmi 2 görüşdə mərkəzə dəvət edilib. Qapısında ümumilikdə 2 top görən “Qarabağ” bu baxımdan ÇFR (Rumıniya) və “Levski” (Bolqarıstan) ilə birlikdə liderliyi bölüşür. Hətta PSJ, “Mançester Siti”, “Barselona”, “Bavariya” və “Napoli” kimi nəhənglərin də müdafiə xətti “köhlən atlar” qədər etibarlı deyil.

 

Doğma arenada ən yaxşı göstərici PSJ-yə məxsusdu. Paris təmsilçisi “Park De Prens”də keçirdiyi 14 görüşün hamısında qələbə qazanıb.

 

Klub/ölkə

O

Q

H

M

T/F

X

Orta h.

PSJ (Fransa)

14

14

0

0

54-9

42

3,00

“Mançester Siti” (İngiltərə)

15

14

1

0

51-10

43

2,86

“Porto” (Portuqaliya)

13

12

1

0

41-8

37

2,84

PSV (Hollandiya)

13

12

1

0

33-8

37

2,84

“Qalatasaray” (Türkiyə)

12

11

1

0

36-7

34

2,83

“Brügge” (Belçika)

15

13

2

0

44-16

41

2,73

“Barselona” (İspaniya)

13

11

2

0

38-6

35

2,69

“Bavariya” (Almaniya)

12

10

2

0

34-9

32

2,66

“Brondbü” (Danimarka)

12

10

2

0

37-11

32

2,66

“Slaviya” (Çexiya)

9

8

0

1

20-3

24

2,66

“Dinamo” (Ukrayna)

11

9

2

0

28-6

29

2,63

AEK (Yunanıstan)

13

11

1

1

27-5

34

2,61

“Dinamo” (Xorvatiya)

13

11

1

1

28-7

34

2,61

“Qarabağ” (Azərbaycan)

10

8

2

0

14-2

26

2,60

“Yanq Boyz” (İsveçrə)

12

10

1

1

32-10

31

2,58

ÇFR (Rumıniya)

13

10

3

0

18-2

33

2,53

“Apollon” (Kipr)

14

11

2

1

44-10

35

2,50

“Levski” (Bolqarıstan)

12

9

3

0

19-2

30

2,50

“Legiya” (Polşa)

13

10

1

2

22-9

31

2,38

“Zalsburq” (Avstriya)

13

9

4

0

31-7

31

2,38

“Beytar” (İsrail)

13

9

3

1

33-15

30

2,30

“Spartak” (Rusiya)

10

7

2

1

21-8

23

2,30

“Napoli” (İtaliya)

14

10

2

2

32-12

32

2,28

“Seltik” (Şotlandiya)

14

9

5

0

30-8

32

2,28

 

Qeyd edək ki, “Qarabağ” cari mövsüm öz meydanında “Keşlə” (1:0), “Qəbələ” (2:1), “Kəpəz” (2:0), “Sumqayıt” (4:1), “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0) və “Kəpəz” (1:0) üzərində qələbə qazanıb, “Zirə” (0:0) və “Qəbələ” (0:0) ilə qolsuz bərabərə qalıb.