2015/16 mövsümünün “qış çempionu” müəyyənləşib. Apasport.az saytının məlumatına görə, səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Neftçi” mövsümün ilk yarısının qalibinin rəsmiləşməsində mühüm rol oynayıb.
Əyalət klubunun xal itirməsi “Qarabağ”ı əlçatmaz edib. Sona iki tur qalmış ağdamlılardan 8 xal geri düşən “Qəbələ” fasiləyə zirvədə yollanmaq şansları ilə vidalaşıb. Ardınca “Zirə” ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri isə bu fərqi 9-a çatdırıb.
Bu, “Qarabağ”ın ardıcıl 3-cü, son 12 ildə 4-cü “qış çempionluğu”du. 2004/05-də ilk yarıdakı liderliyini əldən verən ağdamlılar son 3 ildə fasiləyədək olan üstünlüyünü qoruya bilib və sonda lider olub.
Ümumiyyətlə, başa çatan son 11 çempionatdan 6-da fasiləyə zirvədə yollanan komanda sonda çempion titulunu qazanıb. Digər 5 mövsümdə isə izləyiciləri lideri zirvədən salıb.
|
mövsüm |
Qış çempionu |
çempion |
|
2004/05 |
“Qarabağ” |
“Neftçi” |
|
2005/06 |
“Karvan” |
“Bakı” |
|
2006/07 |
“Xəzər Lənkəran” |
“Xəzər Lənkəran” |
|
2007/08 |
“Olimpik” |
“İnter” |
|
2008/09 |
“İnter” |
“Bakı” |
|
2009/10 |
“İnter” |
“İnter” |
|
2010/11 |
“Neftçi” |
“Neftçi” |
|
2011/12 |
“Neftçi” |
“Neftçi” |
|
2012/13 |
“İnter” |
“Neftçi” |
|
2013/14 |
“Qarabağ” |
“Qarabağ” |
|
2014/15 |
“Qarabağ” |
“Qarabağ” |
|
2015/16 |
“Qarabağ” |
|