Avropa Liqasının qrup mərhələsinin yekunlarına əsasən, klubların ev oyunlarında topladığı tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirdiyi 3 qarşılaşmada 93600 azarkeşi stadiona toplayan Azərbaycan çempionu “Qarabağ” yarışın liderləri arasında yer alıb.
Belə ki, 3 oyunda orta tamaşaçı sayı 31200-ə bərabər olan Ağdam klubu Avropa Liqasında 6-cı olub. Təmsilçimiz yalnız 5 adlı-sanlı klubdan geri qalıb.
“Borussiya” (Mönhenqladbax, Almaniya) 40544, “Feyenoord” (Hollandiya) 34600, “Lill” (Fransa) 33841, “Seltik” (Şotlandiya) 31898, “Sent-Etyen” (Fransa) 31462 tamaşaçı ilə ilk “beşlik”də yer alıb.
Turnirin digər iştirakçıları isə “Qarabağ”dan geri qalıb. Qrup mərhələsində 48 klubun çıxış etdiyini nəzərə alsaq, Ağdam təmsilçisi 42 komandanı qabaqlayıb. Onlar arasında “İnter” (İtaliya), “Sevilya” (İspaniya), “Tottenhem”, “Everton” (hər ikisi İngiltərə) kimi klublar da var.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin 32 iştirakçısından 20-si orta tamaşaçı sayında “Qarabağ”ı üstələyir. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçisi iki yarışın qrupunda oynamış 80 klub arasında 26-cıdı. Mərhələnin mütləq rekordu isə “Barselona”ya məxsusdu – 74920.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı