Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Şerif” - “Qarabağ” matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Tiraspoldakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.
Səfərdə 2:1 hesablı qələbə qazanan çempionumuz qapı istiqamətində daha az – 8 zərbə endirsə də, bu, qələbəyə mane olmayıb. Çempionumuzun 8 zərbəsindən 5-i çərçivəyə düşüb. 2 zərbə qapıdan aralı gedibsə, 1 epizodda rəqib müdafiəçilər topun qarşısında sipər olublar.
Rəqibdə isə bu göstərici uyğun olaraq 17, 9, 7 və 1-dir.
“Qarabağ” ümumiyyətlə ofsayda düşməsə də, kornerlərdə tarazlıq yaranıb – 4:4.
Ağdamlılar daha çox qayda pozuntusuna yol verərək sarı vərəqə sayında da rəqibi qabaqlayıb.
|
“Şerif” |
|
“Qarabağ” |
|
1 |
Qollar |
2 |
|
17 |
Zərbələr |
8 |
|
9 |
Çərçivəyə |
5 |
|
7 |
Çərçivəyə düşməyən |
2 |
|
1 |
Dəf olunan |
1 |
|
4 |
Künc zərbələri |
4 |
|
1 |
Oyundan kənar vəziyyət |
0 |
|
12 |
Qayda pozuntusu |
15 |
|
3 |
Sarı vərəqə |
5 |
|
0 |
Qırmızı vərəqə |
0 |