[b]“Qarabağ” bundan artığını edə biləcək potensiala sahibdi” – məşhur atlet[/b]
11.09.2017 - 15:10
[b]“Qarabağ” bundan artığını edə biləcək potensiala sahibdi” – məşhur atlet[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində iştirakı Azərbaycan futbolu üçün böyük uğurdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

Türkiyə millisinin şərəfini qoruyan sprinter Anadolu Agentliyinə müsahibə verib. O, söhbət əsnasında “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.

 

Quliyev Ağdam klubundan uğurlarının ardını gətirməsini gözləyir: “Qarabağ” komandası bundan artığını edə biləcək potensiala sahibdi. İnşallah, qrup mərhələsində də yaxşı nəticələrə imza atarlar və bizi qürurlandırarlar”.

 

Ramil karyerasını bitirən yamaykalı atlet Useyn Boltun peşəkar futbol oynamaq istəyinə də toxunub: “Bolta təklif gəlsə belə, çox futbol oynaya bilməz”.

 

Dünya çempionu gələcək planlarından da danışıb: “Gələn il keçiriləcək Avropa çempionatına hazırlaşacam. Orada 100 və 200 metr məsafəyə qaçışda yarışmağı planlaşdırıram. 2018-ci ilin sonunda dünya çempionatına da qatılacam. Yaxşı mövsüm keçirdim. İnşallah, daha böyük uğurlara imza ataram”.

 

 

 

 

0