“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublika millisinin üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb.
Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq.
Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.
Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayrında taransfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: yenicağ.az
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb