Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.
Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 545-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 6 pillə geriləyib.
368 xala malik “Keşlə” son siyahıda olduğu kimi 781-ci yerdə qərarlaşıb. “Qəbələ” 255 xalla 819-cu pillədədi. “Qırmızı-qaralar” 2 pillə qabağa gedib.
“Zirə”nin isə 217 xalı var. Paytaxt təmsilçisi bir pillə irəliləyib və planetin 841-cisidi.
Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. “Real” 18088 xalla 1-ci, “Barselona” 15725 xalla 2-ci, “Atletiko” isə 13432 xalla 3-cüdü.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"