[b]“Qarabağ” Londonda son məşqinə çıxdı[/b]
11.09.2017 - 18:11
[b]“Qarabağ” Londonda son məşqinə çıxdı[/b]

“Qarabağ”ın U-19 komandası sabah UEFA Gənclər Liqasında “Çelsi”nin qonağı olacaq. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün Bakı vaxtı ilə saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb.

 

Son hazırlıq təxminən 90 dəqiqə davam edib.


Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 16:05-də start götürəcək.

 

0