Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburq təmsilçisi “Düdelanj”ı 2 cavabsız qolla keçən “Qarabağ” növbəti raunda yüksələcək. Apasport.az saytının məlumatına görə, bu iddiaya Azərbaycan klublarının avrokuboklarda keçirdiyi oyunlarla bağlı statistika əsas verir.
Belə ki, klublarımızın duelləri zamanı ilk matçda 2:0 hesablı ev qələbəsi qazananların hamısı mərhələ adlayıb. 22 ildə 7 belə hadisə yaşanıb.
Bunların 5-də komandalarımız səfərdə 0:2 hesabı ilə uduzan tərəf olub. “Düdelanj” durumunda olan Azərbaycan klubları cütün taleyini cavab matçında dəyişə bilməyib.
“Qarabağ” isə evdəki ilk oyunda 2 cavabsız qol vuran ikinci Azərbaycan klubudu. Bunadək yalnız “Neftçi” bunu bacarıb. Bakılılar iki dəfə üzləşdiyi durumun hər birində qalib olub.
Düzdü, 2007-ci ildəki çətin Slovakiya duelində “Nitra” dönüş yaratmağa yaxın olub, lakin təmsilçimiz səfər qolu ilə də olsa, mərhələ adlayıb.
| 2001/02 | ÇL | Barri Taun (Uels) – Şəmkir | 2:0 | 1:0 | 
| 2005/06 | ÇL | Neftçi – Hafnarfyördur (İslandiya) | 2:0 | 2:1 | 
| 2006/07 | ÇL | Sioni (Gürcüstan) – Bakı | 2:0 | 0:1 | 
| 2008/09 | İK | Neftçi - Nitra (Slovakiya) | 2:0 | 1:3 | 
| 2013/14 | AL | Makkabi (Hayfa, İsrail) – Xəzər Lənkəran | 2:0 | 8:0 | 
| 2013/14 | AL | Tromse (Norveç) - İnter | 2:0 | 0:1 | 
| 2015/16 | AL | Atletik (Bilbao, İspaniya) – İnter | 2:0 | 0:0 | 
 
             
                     
                     
                                             
                                             
                                            