[b]“Qarabağ” Pedro ilə bağlı qərarı açıqladı[/b]
17.11.2017 - 13:48
“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin son iki matçını buraxmalı olacaq. Çünki UEFA İntizam Komitəsi “Atletiko” ilə Madriddə keçirilən IV tur matçında qırmızı vərəqə alan “sambaçı”ya 2 oyunluq cəza verilib.
Bu isə o deməkdi ki, Pedro noyabrın 22-də “Çelsi”, dekabrın 5-də isə “Roma” ilə oyunda “Qarabağ”ın formasını geyinə bilməyəcək.
0
0