[b]“Qarabağ” sabah Monakoya yollanır[/b]
19.10.2015 - 14:45
[b]“Qarabağ” sabah Monakoya yollanır[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunda Fransanın “Monako” klubu ilə qarşılaşacaq “Qarabağ”ın səfərinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Monakoya sabah yola düşəcək.

 

Qurban Qurbanovun yetirmələri sabah səhər məşq edib, günün ikinci yarısında ölkəmizi tərk edəcək. “Qarabağ” Bakı-Nitsa  reysi ilə hərəkət edəcək. Nitsa şəhərindən isə Monakoya yollanacaq. Azərbaycan çempionunun Bakını saat 18:00-da tərk etməsi planlaşdırılıb.

 

Qeyd edək ki, “Monako” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək. “Lui II” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.