Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ"ın yay hazırlıq proqramı bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Avstriyada təlim-məşq toplanışı keçəcək ağdamlılar 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qurban Qurbanovun yetirmələrinin ilk matçı iyunun 23-də Bolqarıstan “Ludoqorets”inə qarşı olacaq. Bundan 3 gün sonra yerli “Vakker İnsbruk”la qarşılaşacaq “Qarabağ” iyunun 30-da Suriya yığması ilə üz-üzə gələcək.
Azərbaycan çempionu Avstriyada son sınaq matçına iyulun 4-də çıxacaq. Komanda Kiyev “Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.