[b]“Qarabağ” üçün Allahverdiyevi cəzalandıran hakim[/b]
07.12.2015 - 15:45
[b]“Qarabağ” üçün Allahverdiyevi cəzalandıran hakim[/b]

Avropa Liqasının qrup mərhələsinin VI turunun “Anderelxt” (Belçika) - “Qarabağ” oyununu idarə edəcək Slavko Vinçiç indiyədək Azərbaycan komandalarının 3 oyununda baş hakim olub. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən FİFA referisi olan 36 yaşlı sloveniyalının təmsilçilərimizlə ilk görüşü 2013-cü ilə təsadüf edib.

 

Avropa Liqasının İsraildə keçirilən “Makkabi” (Hayfa) – “Xəzər Lənkəran” görüşünü idarə edən Vinçiç meydan sahiblərinin 2:0 hesablı qələbəsini qeydə alıb. Bu qarşılaşmada cəmi 1 dəfə əlini cibinə atan sloveniyalı Elnur Allahverdiyevi  sarı vərəqə ilə cəzalandırıb.

 

Elə həmin il Vinçiç 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları zamanı Azərbaycan millisinin 2 qarşılaşmasında fit çalıb. O, millimizin İrlandiyaya 0:2 hesabı ilə uduzmasına, Bosniya və Herseqovina ilə qolsuz heç-heçəsinə şahid olub.

 

Bir sözlə, sloveniyalının idarə etdiyi qarşılaşmalarında komandalarımız qol vura bilməyib.