UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçların başlama vaxtı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu mərhələdə mübarizə aparan “Qəbələ” və “Qarabağ”ın oyunlarının başlama saatı da bəlli olub.
“Qəbələ” həmişəki kimi, avqustun 20-də “Panatinaikos”u da saat 21:00-da qəbul edəcək. Qarşılaşma “Bakcell Arena”da keçiriləcək.
“Qarabağ”ın “Yanq Boyz”la səfər görüşü isə gec olacaq. Belə ki, “Stad de Sviss” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 27-də keçiriləcək.