[b]“Qarabağ” və “Xəzər Lənkəran”ın oyunu azərbaycanlılara tapşırıldı[/b]
17.01.2015 - 13:39
[b]“Qarabağ” və “Xəzər Lənkəran”ın oyunu azərbaycanlılara tapşırıldı[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən azərbaycanlı hakimlər bu gün daha 4 yoxlama görüşünü idarə edəcəklər. Apasport.az saytının məlumatına görə, həmin 4 qarşılaşmanın 3-də Azərbaycan komandası mübarizə aparacaq.

 

Qış toplanış çərçivəsində ilk oyununa çıxacaq “Qarabağ”ın “RNK Split”lə görüşü FİFA referisi Əliyar Ağayevə tapşırılıb. “Xəzər Lənkəran”ın Ukrayna “Metallurq”u ilə matçını isə Premyer Liqaya təyinat alan Ramil Diniyev idarə edəcək. Klublarla yanaşı, Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın U-16 yığmasının Serbiya klubu ilə oyununda da ədaləti həmkarlarımız qoruyacaqlar.


17 yanvar

"RNK Split" (Xorvatiya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov


"Balkan Fənərbaxça" (Serbiya) - Azərbaycan (U-16)
Hakimlər: Etibar Həsənov, Vaqif Musayev, Cavanşir Yusifov, 

"Metallurq” (Zaporoje, Ukrayna) - "Xəzər Lənkəran" (Azərbaycan)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev 

"Silivrispor" (Türkiyə) - "Eyübspor" (Türkiyə)
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Coşqun Həsənov