Qış fasiləsinə Premyer Liqanın lideri kimi yollanan “Qarabağ” təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama görüşü keçirəcək. Apasport.az saytının xəbərinə görə, yanvarın 10-da Türkiyəyə yollanacaq Ağdam klubunun rəqiblərindən artıq 3-ü bəllidi.
Qurban Qurbanovun komandası öncə yanvarın 17-də Xorvatiya təmsilçisi “Split”lə qarşılaşacaq. Yanvarın 21-də İsveçrə “Sürix” ilə üz-üzə gələcək ağdamlılar ayın 29-da “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı “Mordoviya”nı (Rusiya) sınağa çəkəcəklər.
Qeyd edək ki, “Qarabağ”ın toplanış zamanı qarşılaşacağı digər rəqiblər hələ məlum deyil.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı