“Qarabağ”ın maraq dairəsində olan Steliano Filip daha bir təklif alıb. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Buxarest “Dinamo”sunun müdafiəçisi karyerasını Bolqarıstanda da davam etdirə bilər.
Çünki bu ölkənin yüksək liqasına başçılıq edən “Ludoqorets” klubu 23 yaşlı sol cinah oyunçusunu heyətinə cəlb etmək fikrinə düşüb. “Dinamo”dan ayrılmaqda qərarlı olan Rumıniya millisinin üzvü rəhbərlikdən onu buraxması üçün icazə istəyib. Buxarestlilər isə onun transfer vərəqəsini 400 min avroluq təzminat haqqı qarşılığında verməyə hazırdılar.
Qeyd edək ki, Steliano Filip bu mövsüm “Dinamo”nun heyətində 17 oyunda iştirak edib.