“Monako” və “Qəbələ”yə qarşı uğursuz oyunlardan sonra “Tottenhem” üzərində qələbə yerinə düşdü”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in baş məşqçisi Besnik Hasi deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Tottenhem”i qəbul edən Belçika klubu güclü rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq, xallarının sayını 4-ə yüksəldib.
Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Hasi komandasının 1/16 final mərhələ şansının xeyli artdığını bildirib: “Bilirdik ki, bu, bizim son şansımızdı. Çünki “Monako” ilə heç-heçə və xüsusən də, “Qarabağ”a məğlubiyyət bizi çox sarsıtmışdı. Başqa çıxış yolumuz qalmadığı üçün hücum futbolu göstərdik. Əsasən də, ikinci hissədə 4-3-3 taktikasından yararlanaraq, rəqibə müdafiədən çıxmaq imkanı vermədik. Məncə, ingilis klubu artıq bizim zəif komanda olmadığımızı gördü”.
Qeyd edək ki, 3 turdan sonra J qrupuna Fransada “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Monako” başçılıq edir. Knyazlıq klubu 5 xalla liderdisə, “Tottenhem”lə “Anderlext” 4, “Qarabağ” isə 3 xala malikdi.