[b]“Qarabağ”a uduzduğumuz üçün azarkeşlərimiz çox qəzəblidi”[/b]
02.10.2015 - 10:18
[b]“Qarabağ”a uduzduğumuz üçün azarkeşlərimiz çox qəzəblidi”[/b]

“Qarabağ”a uduzduğumuz üçün azarkeşlərimiz çox qəzəblidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Olivye Deşaxt deyib.

 

Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la qarşılaşmasındakı məğlubiyyətə (0:1) şərh verib: “Mən də onları yaxşı başa düşürəm. Onlar o qədər yol qət edib, bizi izləməyə gəlib. Fanatların bunun üçün sərf elədiyi xərc və əziyyətin qarşılığında uduzmağımız onlara ağır gəldi. Belə azarkeşlərin bizdən küsməməsi üçün baş sındırıb, yollar aramalıyıq”.

 

0