“Qarabağ” 9 futbolçu ilə yollarını ayırdığını bu gün rəsmən açıqlayıb. Apasport.az saytı Ağdam təmsilçisindən ayrılan futbolçuların bu klubdakı statistik göstəricilərini təqdim edir.
Gedənlər arasında mütləq rekord Riçard Almeydaya məxsusdu. O, 237 oyun keçirdiyi “Qarabağ”da 50 qol vurub.
Hər iki göstəricidə 2-ci yer Əfran İsmayılova məxsusdu. Yarımmüdafiəçi 7 matç az keçirsə də, qol sayında daha çox 18 top geridə qalır.
İbrahim Şehiç də 100-dən artıq oyun keçirdiyi klubdan ayrılmalı olub. O, 159 qarşılaşmada 93 top buraxıb.
“Doqquzluq”da ağdamlılara ən az fayda verən Ramil Şeydayevdi. O, yalnız 19 görüşdə komandasının uğuru üçün çalışıb.
“Qarabağ”dan gedən sahə oyunçuları ümumilikdə 102 qol vurublar. Onlardan yalnız biri Arif Daşdəmirov rəqib qapısına yol tapmayıb.
Futbolçu |
oyun |
qol |
Riçard Almeyda |
237 |
50 |
Əfran İsmayılov |
230 |
32 |
İbrahim Şehiç |
159 |
-93 |
Elvin Yunuszadə |
68 |
3 |
Rahid Əmirquliyev |
52 |
5 |
Ağabala Ramazanov |
41 |
5 |
Pedro Enrike |
26 |
6 |
Arif Daşdərmirov |
21 |
0 |
Ramil Şeydayev |
19 |
1 |